Üzvlük

FƏRDİ

image description

Fərdi üzvlük müxtəlif təcrübə və biliyə sahib olan mütəxəssislər üçün nəzərdə tutulan faydalı, əlverişli proqramdır.

Fəxri (Honorary)

Fəaliyyət göstərdiyiniz sahədə müstəsna bacarıqlarınızı, yüksək təcrübənizi və peşəkarlığınızı gənc nəsillərə ötürmək və risklərin idarə olunmasına öz tövhənizi vermək istəyirsinizmi?

Fəxri Üzvlük – Bu üzvlük sizə cəmiyyətin inkişafında, yeni nəsillərin düzgün istiqamətləndirilməsində rol oynamağa fürsət yaradır.

Qazandığınız təcrübələri RMP ailəsi ilə paylaşmaq üçün ən gözəl imkan sizin əlinizdədir.

Fəxri üzvlər aşağıdakı imkan faydalardan yararlana bilər:

  • Üzvlük kartı;
  • RMP tədbirlərində ödənişsiz iştirak və təqdimat etmək imkanı (konfrans, forum, vebinar, vorkşop və s.);
  • Risklərin idarə edilməsində uğurlu təşəbbüslərin müvafiq tədbirlərdə təqdim edilməsi;
  • RMP starteji idarəetmə şurasında iştirak və qərarların alınmasında səs vermə hüququ;
  • Gənc mütəxəssislərə mentorluq etmək imkanı;
  • Uğurlu ictimai fəaliyyət göstəriciləri əsasında müvafiq tədbirlərdə mükafatlandırılma;
  • Sosial media kanallarından və müxtəlif mövzulu resurslardan ödənişsiz istifadə;
  • RMP fəaliyyətində aktivlik göstəriciniz.

Fəxri üzvlük üçün tələb olunanlar

  • MBA/MSc/NVQ Level 6+ (və ya ekvivalent)
  • Neft-qaz, tikinti və digər sənaye sahələrində minimum 15+ il sahə üzrə idarəetmə təcrübəsi
  • Müvafiq təcrübəni təsdiq edən sənəd
  • 3 il RMP peşəkar üzvlük təcrübəsi
  • Mentorluq və təqdimatçı rolu üzrə tələblərin yerinə yetirilməsi

Üzvlük ödənişsizdir.

Peşəkar (Professional)

Fəaliyyət göstərdiyiniz sahədə müstəsna bacarıqlarınızı, yüksək təcrübənizi və peşəkarlığınızı gənc nəsillərə ötürmək və yeniliklərdən xəbərdar olmaq istəyirsinizmi?

Peşəkar Üzvlük – Bu üzvlük sizə cəmiyyətin inkişafına, yeni nəsillərin düzgün istiqamətləndirilməsinə dəstək olmağa fürsət yaradır.

Qazandığınız təcrübələri RMP ailəsi ilə paylaşmaq üçün ən gözəl imkan sizin əlinizdədir.

Peşəkar üzvlər aşağıdakı imkan faydalardan yararlana bilər

  • Üzvlük kartı;
  • RMP tədbirlərində ödənişsiz iştirak etmək imkanı;
  • Tədbirlərdə/konfranslarda təqdimatçı qismində çıxış haqqı (təqdimat materiallarına ön baxış mütləqdir);
  • Risklərin idarə edilməsində uğurlu təşəbbüslərin müvafiq tədbirlərdə təqdim edilməsi;
  • Gənc mütəxəssislərə mentorluq etmək imkanı;
  • Uğurlu ictimai fəaliyyət göstəriciləri əsasında müvafiq tədbirlərdə mükafatlandırılma;
  • Sosial media kanallarından və müxtəlif mövzulu resurslardan ödənişsiz istifadə;
  • RMP fəaliyyətində aktivlik göstəriciniz.

Peşəkar üzvlük üçün tələb olunanlar:

  • MBA/MSc/NVQ Level 6 (və ya ekvivalent)
  • Neft-qaz, tikinti və digər sənaye sahələrində minimum 10 il sahə üzrə idarəetmə təcrübəsi
  • Müvafiq təcrübəni təsdiq edən sənəd
  • Mentorluq və təqdimatçı rolu üzrə tələblərin yerinə yetirilməsi

İllik üzvlük haqqı: 150 AZN

Mütəxəssis (Specialist)

Bilik və bacarıqlarınızı paylaşaraq gücləndirmək və yeniliklərdən xəbərdar olmaq istəyirsinizmi?

Mütəxəssis ÜzvlükPeşə sahəsində müəyyən bilik və təcrübəyə sahib olan, sənayenin aparıcı təşkilatlarında fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub.

Mütəxəssis üzvlər aşağıdakı imkan faydalardan yararlana bilər:

  • Üzvlük kartı;
  • RMP tədbirlərində ödənişsiz və ya güzəştli şərtlərlə iştirak etmək imkanı;
  • Risklərin idarə edilməsində uğurlu təşəbbüslərin müvafiq tədbirlərdə təqdim edilməsi;
  • Uğurlu ictimai fəaliyyət göstəriciləri əsasında müvafiq tədbirlərdə mükafatlandırılma;
  • IOSH-un səriştəlilik çərçivəsi və davamlı peşəkar inkişaf proqramı əsasında karyera dəstəyi, sahələr üzrə mentorluq dəstəyi və müxtəlif ödənişsiz kurslar və ya «TCS» səriştəlilik (Continuing Professional Development-CPD)  kurslarına xüsusi endirimlər;
  • Sosial media kanallarından və müxtəlif mövzulu resurslardan ödənişsiz istifadə;
  • RMP fəaliyyətində aktivlik göstəriciniz.

Mütəxəssis üzvlük üçün tələb olunanlar

  • Bakalavr dərəcəsi, NVQ Level 3 (və ya ekvivalent)
  • Neft-qaz, tikinti və digər sənaye sahələrində minimum 5 il iş təcrübəsi (tövsiyə məktubu)
  • Müvafiq təcrübəni təsdiq edən sənəd 

İllik üzvlük haqqı: 100 AZN

Texniki (Technician)

Peşəkar təcrübənin astanasında bacarıqlarınızın tanınması, zənginləşməsi üçün axtarışdasınız?

Texniki ÜzvlükPeşə sahəsindəki təcrübənizi RMP-yə üzv olan digər peşəkarların təcrübə və biliklərindən yararlanaraq zənginləşdirin. Üzvlük sizə sahənizin pəşəkarı olma bacarıqlarına yiyələnmək imkanı yaradacaq.

Texniki üzvlər aşağıdakı imkan faydalardan yararlana bilər:

  • Üzvlük kartı;
  • RMP tədbirlərində güzəştli şərtlərlə iştirak etmək imkanı;
  • IOSH-un səriştəlilik çərçivəsi və davamlı peşəkar inkişaf proqramı əsasında karyera dəstəyi, sahələr üzrə mentorluq dəstəyi və müxtəlif ödənişsiz kurslar və ya «TCS» səriştəlilik (Continuing Professional Development-CPD)  kurslarına xüsusi endirimlər;
  • Uğurlu ictimai fəaliyyət göstəriciləri əsasında müvafiq tədbirlərdə mükafatlandırılma;
  • Sosial media kanallarından və müxtəlif mövzulu resurslardan ödənişsiz istifadə;
  • RMP fəaliyyətində aktivlik göstəriciniz.

Texniki üzvlük üçün tələb olunanlar:

  • Bakalavr dərəcəsi, IOSH MS 5.0 və ya ekvivalent
  • Neft-qaz, tikinti və digər sənaye sahələrində minimum 3 il iş təcrübəsi
  • Müvafiq təcrübəsini təsdiq edən sənəd

İllik üzvlük haqqı: 70 AZN

Tələbə (Student)

Bilik və bacarıqlarınızdan istifadə edərək peşəkar və yaradıcı mühitdə inkişaf etməyə maraqlısınızmı?

Tələbə ÜzvlükKaryera pilləsinin ilk addımlarında düzgün irəliləmək üçün peşəkar bir cəmiyyətin üzvü olub istiqamətlənməyə imkan yaradır.

Tələbə üzvlər aşağıdakı imkan faydalardan yararlana bilər:

  • Üzvlük kartı;
  • RMP tədbirlərində güzəştli şərtlərlə iştirak etmək imkanı;
  • Uğurlu ictimai fəaliyyət göstəriciləri əsasında müvafiq tədbirlərdə mükafatlandırılma;
  • Sahəsində uğurlu olan peşəkarlarla tanışlıq imkanı;
  • İctimai layihələrdə könüllü olmaq imkanı;
  • IOSH-un səriştəlilik çərçivəsi və davamlı peşəkar inkişaf proqramı əsasında karyera dəstəyi, sahələr üzrə mentorluq dəstəyi və müxtəlif ödənişsiz kurslar və ya «TCS» səriştəlilik (Continuing Professional Development-CPD)  kurslarına xüsusi endirimlər;
  • Sosial media kanallarından və müxtəlif mövzulu resurslardan ödənişsiz istifadə;
  • RMP fəaliyyətində aktivlik göstəriciniz.

Tələbə üzvlük üçün tələb olunanlar:

  • Tələbə olduğunuzu təsdiq edən sənəd (tələbə bileti)
  • Biznesin təşkili və idarə olunması, neft-qaz, tikinti və sənayenin digər müvafiq sahələrində təhsil alan aktiv, bacarıqlı, intellektual gənclər

İllik üzvlük haqqı: 30 AZN

Qeydiyyat forması