Haqqımızda

“Risk  Menecment  Peşəkarları” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır.

Birliyin əsas məqsədi sahibkarlığın inkişafı üçün Peşə Sağlamlığı, Əməyin Mühafizəsi, Ətraf Mühit, Keyfiyyət, biznesin idarə olunması və digər sahələrdə risklərin idarə olunmasına dəstək olmaq üçün bu sahələrdə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirərək ölkəmizdə biznes ənənələrini inkişaf etdirməkdir.

Məqsədimiz:

  • SƏTƏM, keyfiyyət və biznesin digər sahələrində gündəmə gələn çətinliklərin həll yollarını araşdırmaq;
  • Biznes mühitində aktual məsələlərin müzakirəsinə şərait yaratmaq;
  • Üstün təcrübələrin paylaşılması;
  • İri həcmli konfrans, tədbir və təcrübə layihələrinin təşkili;
  • Birgə ictimai layihələrin həyata keçirilməsinə dəstək;
  • Biznes risklərini araşdırmaq və mövcud problemlərin həlli yollarını aşkar etmək;
  • Peşə Sağlamlığı, Əməyin Mühafizəsi, Ətraf Mühit, Keyfiyyət və sairə sahələr üzrə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artmasına dəstək olmaq;
  • Risklərin idarə olunması sahəsində çalışan mütəxəssisləri bu sahədə aktiv fəaliyyətə cəlb etmək.