Konfranslar

TCS-RMP tərəfindən 1-ci İllik SƏTƏM Konfransı 2019

24 Apr, 2019
Bakı, Azərbaycan
+994 50 226 04 43

Dəyərli RMP üzvləri,

Sağlamlıq, təhlükəsizlik və ekoloji risklərin idarə olunması üçün gündəmə gələn çətinliklər günbəgün artır. Bu çətinlikləri müzakirə etmək və ən yaxşı təcrübələri paylaşmaq üçün TCS – RMP 1-ci İllik SƏTƏM Konfransı 2019-u təşkil edərək Sənaye liderləri və SƏTƏM mütəxəssislərini bir araya toplamağı qərara alıb. Konfrans sənayenin lider şirkətlərindən, akkreditasiya orqanları və qurumlardan gələn (BP, FHN, ARDNŞ, TOTAL, IOSH, AITT, LEEA və s) natiqlərin çıxışları ilə daha da maraqlı olacaq.

Konfrans digər iştirakçılarla ünsiyyət qurmaq, həmçinin müxtəlif natiqlərdən çoxlu məlumat əldə etmək üçün böyük imkan yaradır. Biz inanırıq ki, bu, sizin təhlükəsizlik tələblərinizi qarşılamaq, eləcə də ölkəmizdə sağlamlıq, təhlükəsizlik və ekoloji ənənələri inkişaf etdirmək üçün dəstək olmağa bir vasitədir.

Konfransda əsasən SƏTƏM, Risklərin İdarə Edilməsi, Səriştəlilik, Əqli Sağlamlıq, SƏTƏM üçün Yerli və Beynəlxalq Tələblər və s. vacib məsələlərin müzakirəsi nəzərdə tutulub.
Konfransın gündəliyi qeydiyyat prosesi başa çatdıqdan sonra paylaşılacaq.

Konfrans 24 aprel 2019-cu ildə “Holiday Inn” Bakı otelində saat 09:00-dan 17:00-dək yemək və çay fasilələri də daxil olmaqla keçiriləcəkdir.

Biz böyük məmnuniyyətlə Biznes liderləri və SƏTƏM mütəxəssislərini “1-ci İllik SƏTƏM Konfransı 2019”-da iştirak etməyə dəvət edirik. Konfransda iştirak etmək üçün əlavədəki qeydiyyat formasını doldurun və 5 aprel 2019-cu il tarixinədək [email protected] ünvanına e-mail göndərin. İştirak pulsuzdur, lakin yerlər məhdud sayda olduğu üçün yalnız qeydiyyatdan keçmiş iştirakçılar konfransa qatıla bilərlər.

Konfrans günü heç bir qeydiyyat aparılmayacaq. Əgər iştirak haqqında hər hansı bir sualınız varsa, bizə [email protected] vasitəsilə müraciət edə bilərsiniz.

HSE Conference Agenda_EN & AZ

Digər tədbirlər