Dünya Keyfiyyət Həftəsi 2023

📢“Dünya Keyfiyyət Həftəsi 2023” tədbiri RMP üzvlərinin iştirakı ilə baş tutdu! 😊
4 noyabr 2023 tarixində RMP-Risk Menecment Peşəkarları birliyi tərəfindən “TCS”“DNV”-in təşkilatı dəstəyi ilə Bakıda “Holiday Inn” otelində “Dünya Keyfiyyət Həftəsi 2023” tədbiri keçirildi.
Qeyd edilən tədbir saat 09:00-dan 13:00-a qədər davam etdi.
Tədbir açılışına RMP birliyi və tədbirə dəstək olan TCS və DNV şirkətləri haqqında maraqlı məlumatlar ilə start verildi.
Tədbirdə çıxış edən təqdimatçılar öz çıxışları ilə “Keyfiyyət Təminatı”“Keyfiyyətə Nəzarət” sahəsində çalışan qonaqların marağını cəlb etdi və onlar öz təcrübələrini RMP ailəsi ilə paylaşaraq yeniliklər barədə fikirləri müzakirə etdilər.
Tədbirdə iştirak edən 130-dan çox RMP üzvləri fərdi şəkildə təşkil edilən onlayn interaktiv yarışmada müvafiq verilən mövzulara uyğun olaraq aktiv iştirak etdilər.
Yarışma sonunda qaliblər RMP birliyi tərəfindən kristal mükafatlar və sertifikatlarla təltif olundular. Bununla yanaşı Keyfiyyət Assossiasiyasının təqdim etdiyi ISO standartları ilə bağlı jurnallar da yarışma qaliblərinə təqdim edildi.
Təşkil edilən tədbirin sonunda bütün qonaqlara iştirakla bağlı sertifikat və Keyfiyyət Assossiasiyasının təqdim etdiyi “ISO 9001:2015” kitabı verildi.
Tədbirdə göstərilən təşkilatı dəstəyə görə TCS və DNV şirkətlərinə öz təşəkkürlərimizi bildiririk! 🤝